HMD Global şirkəti əfsanəyə çevrilmiş Nokia N9 smartfonunun yeni versiyasını istehsal etməyi planlaşdırır.
FED.az xəbər verir ki, Las-Veqasda keçirilən CES 2019 sərgisində Google stendində bu modeli xatırladan qadjet görüntülənib.
Eləcə də bax: “Apple” 3 kameralı “iPhone” buraxacaq
Qeyd edək ki, orijinal Nokia N9 2011-ci ilin iyun ayında təqdim olunub.
Smartfonun əməliyyat sistemi Maemo (Nokia) və Moblin (İntel) bazasında çalışan MeeGo 1.2 olub.