İKT

Düyməli telefonlarda da «WhatsApp» olacaq - YENİLİK

Düyməli telefonlarda da «WhatsApp» olacaq - YENİLİK | FED.az
11:02 12 Sen 2018
Messencer Hindistanın «JioPhone» smartfonunda əlçatandır

«Facebook» şirkətinə aid olan «WhatsApp» messenceri knopkalı mobil telefonlarda əlçatan oldu. Fin.az xəbər verir  ki,bu haqda «WhatsApp»-ın rəsmi bloqunda bildirilib.İlk gediş kimi bu yenilik Hindistanın ərazisində populyar olan «JioPhone» telefonlarında tətbiq edilib. İstehsalçılar «KaiOS» əməliyyat sistemində işləyən «JioPhone» üçün messencerin xüsusi versiyasını yaratdılar.

«JioPhone» üçün iki tərəfi açıq şifrləmə daxil olmaqla mesaj mübadiləsi,şəkillər,video, fərdi və ya qrup çatlarında yazışma və səs mesajların göndərilməsi kimi «WhatsApp» messencerin bütün əsas funksiyalarını təklif edir.

«WhatsApp» proqramı «JioPhone» üçün proqramların xüsusi onlayn-mağazasında pulsuz əlçatandır.

Digər xəbərlər

Banner