Dünyanın texnologiya brendləri İrana tətbiq edilən sanksiyalara görə İslam Respublikasını tərk edir.
“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq
FED.az xəbər verir ki, məlumatı “Donya-e-Eqtesad” saytı yayıb.
Bildirilib ki, bir müddət əvvəl nəhəng texnologiya şirkətləri İran bazarını tədricən tərk edib. Bunların ardınca “IBM”, “HP” və “Apple” kimi tanınmış markalar da bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.
Məlumata görə, bu günlərdə “Asus” və “Lenovo” kimi texnologiya şirkətləri də İranı tərk edərək aksiyaya qoşulublar.
Kompüter Mühəndisləri Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də hadisəni təsdiqləyərək sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb.
O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq problemin dolayı yollarla həllinə çalışdıqlarını söyləyib. (Report)