Məşhur YouTuber MrBeast (əsl adı James Stephen "Jimmy" Donaldson), TikTok-un ABŞ-da qadağan edilməməsi üçün bu sosial media platformasını almağa hazır olduğunu bildirib.
İlon Mask "X" sosial şəbəkəsində qeydiyyatı pullu edəcək
FED.az xəbər verir ki, bu barədə o, yanvarın 13-də X platformasında (əvvəllər Twitter) paylaşım edib. Başlanğıcda zarafat kimi görünən bu açıqlama sonradan daha ciddi bir mesajla müşayiət olunub.
Növbəti gün, yanvarın 14-də, MrBeast əlavə edib: "Ciddi olaraq, bu tvitimdən sonra çoxlu milyarder mənimlə əlaqə saxladı. Gəlin bunu həyata keçirək." Lakin bu açıqlama pərəstişkarlar arasında fərqli reaksiyalara səbəb olub. Bəziləri MrBeast-in bu addımını dəstəkləsə də, digərləri onun bu qədər böyük bir platformanı almağa maliyyə imkanlarının çatıb-çatmaması ilə bağlı şübhələrini ifadə edib.