Elektron ticarət və texnologiya nəhəngi Amazon, 2025-ci ildə əldə etdiyi 717 milyard dollarlıq satış gəliri ilə pərakəndə satış şəbəkəsi Walmart-ı geridə qoyaraq illik olaraq dünyanın ən çox gəlir əldə edən şirkəti adını ələ keçirib. E-ticarətdəki artım ilə bərabər, Amazon Web Services (AWS - bulud hesablama xidmətləri) və süni intellekt investisiyaları bu tarixi uğurda mühüm rol oynayıb.
Azərbaycanlıların internetlə alış-veriş etdiyi - ŞİRKƏTLƏRDƏN ƏDV TUTULACAQ - YENİ QAYDA
717 milyard dollarlıq rekord
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Walmart cümə günü son maliyyə ili üçün 713,2 milyard dollar illik gəlir açıqlayıb. Bu rəqəm, Amazon-un 716,9 milyard dollarlıq gəlirindən 3,5 milyard dollar və ya 0,5% aşağıdır.
Amazon-un yüksəlişi, e-ticarət platformasının hüdudlarını aşan diversifikasiya edilmiş iş modelindən qaynaqlanır. Pərakəndə satış hələ də əsas gəlir mənbəyi olsa da, şirkətin böyüməsi böyük ölçüdə bulud hesablama, reklam və satıcı xidmətləri bölmələrindən dəstəklənir.
Amazon-un ən son illik hesabatına görə, 2025-ci ildə üçüncü tərəf satıcı xidmətləri ümumi satışların təxminən 24%-ni təşkil edib, Amazon Web Services isə təxminən 18% töhfə veririb.
Walmart son 20 ildə gəlirini 2 dəfədən çox artırıb
Walmart ən çox gəlir əldə edən şirkət adını itirsə də, hər zamankından daha güclü vəziyyətdədir. Şirkət son iyirmi ildə gəlirini iki dəfədən çox artırıb.
İki nəhəngin pərakəndə rəqabəti
Amazon-un bu uğuru, böyük ölçüdə simvolik olsa da, iki nəhəng arasındakı davam edən pərakəndə rəqabəti vurğulayır. Hər iki şirkət dəyişən istehlakçı seçimlərinə uyğunlaşır və xüsusilə süni intellekti istifadə edərək əməliyyatlarını və gəlir mənbələrini yenidən formalaşdırır. (Marja)










