«Kantar» konsaltinq şirkəti özünün ənənəvi «BrandZ» reytinqində dünyanın ən bahalı brendlərini açıqlayıb.
Eləcə də bax: Facebook, Amazon kimi şirkətlərə - AZƏRBAYCANLILAR NECƏ QƏBUL OLUR? – ÖYRƏNİN
FED.az xəbər verir ki, hazırda ən bahalı brend, ötənilki kimi «Amazon»dur. Son bir ildə şirkuətin brendin qiyməti təqribən 32% artaraq 415,9 milyard dollar olub. Sonrakı yerləri «Apple» şirkəti (352,2 milyard dollar) və «Microsoft» (326,5 milyard dollar) tutur. Son bir ildə «Microsoft» şirkəti «Google»u qabaqlayıb. Bunun səbəbi, evdən işləyən işçilərin getdikcə daha çox hissəsinin «Microsoft Teams»-dan istifadə etməsi olub.
«Google»dan sonra siyahını «Visa», «Alibaba», «Tencent», «Facebook» və «McDonald’s» davam etdirir, ilk 10-luğu «MasterCard» tamamlayır.
Siyahıda bu il Çin şirkətləri - «Alibaba» və «Tencent» hərəyə bir pillə irəliləyib. Qalmaqallardan başı açıldmayan «Facebook» isə geriləyib.
«MasterCard»ın ilk 10-luğa düşməsi isə sürpriz olub – ötən il bu şirkət 12-ci idi.