2022-ci ildə istifadəçilərin mobil oyunlara xərclədiyi vəsait 5% azalaraq 109,5 milyard dollar düşüb.
FED.az xəbər verir ki, Data.ai şirkətinin məlumatına görə, 2022-ci ildə moböil tətbiqlərə xərclənən vəsaitlər də 2% azalaraq 167 milyard dollara enib.
Şirkətin analitikləri qeyd edir ki, beləliklə mobil tətbiqlər bazarı 2 illik pandemiya dövründən sonra əvvəlki «normal» vəziyyətinə qayıdıb.
Qeyd edək ki, 2020-ci ildə koronavirusa görə kütləvi qapanışdan sonra tətbiqlərin yüklənmə sayı 10%, tətbiqlərə xərclənən vəsait isə 25% artmışdı.
Bununla yanaşı, 2022-ci ildə yeni tətbiqlərin satın alınması 11% artaraq 255 milyard dollara çatıb.
İstifadəçilərin tətbiqlərdə keçirdiyi vaxt isə 3% artaraq 5 saata çatıb.
Araşdırma göstərib ki, hazırda mobil tətbiqləri ən çox Çində, Hindistanda və ABŞ-da yükləyirlər.
Ötən il dünyada ən çox yüklənən mobil tətbiq Instagram olub.