Britaniyanın “Cable.co.uk” marketinq kompaniyası müəyyən edib ki, dünyada ən ucuz mobil internet İsraildədir. Belə ki, bu ölkədə 1 Gb trafik cəmi 0,02 dollardır. İsraildə əhalinin dörddə üçü smartfon işlədir (bu, ABŞ-da olduğundan çoxdur), provayderlər isə 4G və 5G üzərindən ən çox məlumat yükləməyə imkan verirlər.
Azərbaycan genişzolaqlı internet qiymətlərinin ucuzluğuna görə - DÜNYADA ÖNDƏDİR
FED.az xəbər verir ki, 1Gb mobil internetin orta dəyəri üzrə tədqiqat 237 ölkəni əhatə edib və 2023-cü ilin iyun-sentyabr aylarında aparılıb.
Belə ki, 1Gb mobil internetin ən ucuz dəyəri üzrə ilk beşliyə İsrail (0,02 dollar), İtaliya (0,09 dollar), Fici adaları(0,09 dollar), San-Marino (0,10 dollar) və Kamboca (0,12 dollar) daxil olub.
Bununla yanaşı, 1Gb mobil internetin ən bahalı qiymətləri üzrə beş ölkə sırasında Zimbabve (43,75 dollar), Folklend adaları (40,58 dollar), Müqəddəs Yelena adası (40,13 dollar), cənubi Sudan (23,70 dollar) və Tokelau (17,24 dollar) yer alıb.
Ənənəvi olaraq, Şimali Amerika ölkələrində mobil internetdən istifadə bahalıdır. Birləşmiş Ştatlarda 1Gb mobil internetin orta qiyməti 6 dollar, Kanadada isə 5,37 dollardır. (Azərtac)