Counterpoint analitik şirkəti 2023-cü ilin üçüncü rübü üçün ən çox satılan 10 smartfonun siyahısını tərtib edib.
Bu il Azərbaycana smartfon idxalı - 5 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, cədvəldə ilk dörd yeri Apple smartfonları tutub.
iPhone 14 (birinci yer), iPhone 14 Pro Max (ikinci yer), iPhone 14 Pro (üçüncü yer) və iPhone 13 (dördüncü yer).
Qalan altı yeri Samsung cihazları tutur: Galaxy A14, Galaxy A54, Galaxy A14 5G, Galaxy S23 Ultra, Galaxy A04e və Galaxy A34.
"Təəccüblüdür ki, siyahıda heç bir yerli – Çin smartfonu yoxdur" deyə Çin nəşrləri bildirirlər.
“Counterpoint”in hesabatında həmçinin qeyd olunub ki, 2023-cü ilin üçüncü rübündə “Apple” şirkəti Pro modelləri sayəsində Asiya və Avropadakı paylarını artırıb. “Samsung”un performansı isə Asiya və Latın Amerikasında artdı.
Cənubi Koreya markası “Galaxy A” seriyası cihazları ilə böyüyür