Dunyadakı geymerlərin sayı 3,7 milyard nəfərə çatıb.
İdarə rəisi: Vətəndaşların "mygov"dakı login və parolları - SATIŞA ÇIXARILIR
FED.az xəbər verir ki, son araşdırmalara görə, planet əhalisinin yaradan çoxu kompüer oyunları oynayır.
«DFC Intelligence» analitik şirkətinin araşdırmalarına görə, dünyada video oyunlar auditoriyasının sayı 3,7 milyard nəfərə çatıb.
Araşdırma göstərib ki, 3,7 milyard nəfər hansısa formada: kompüterdə, konsollarda və ya mobil cihazlarda video oyunlar oynayır. Amma dünya əhalisinin təqribən yaraçının oyun oynamasıa baxmayaraq bunların yalnız 10%-i əsl «qeymer» adlandırıla bilər. Belələri təqribən 300 milüon nəfərdir.
«DFC Intelligence» bildirir ki, oyun istehsalçıları və oyun sistemləri istehsalçıları da məhz bu şəxslərə uyğun oyunlar istehsal edirlər.
Hazırda dünyada ən populyar oyun növü mobil qeyminq olub – yəni mobil qurğularda oynanılan oyunlar.
Araşdırma göstərib ki, oyun kompüterləri və konsolların istifadəçilərinin böyük hissəsi Avropa İttifaqı və Şimalı Amerikada yaşayır.
Analitiklər hesab edir ki, gələcəkdə qeymerlərin sayı artmaqda davam edəcək.