Azərbaycan məktəbliləri tərəfindən hazırlanan "Azərbaycanın zəfəri" peyki təxminən bir il müddətində orbitdə olacaq və əşyaların IoT istiqamətində xidmətlər göstərəcək.
Azərbaycan orbitə - "ZƏFƏR" PEYKİ BURAXIB
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin müddət ərzində davamlı olaraq peykdən məlumatlar alınaraq təhsil sahəsində tətbiq ediləcək: "Bildiyiniz kimi, IoT sahəsi ümumilikdə texnologiyalarda çox yenidir. Belə ki, çox kiçik, güclü, faydalı yüklər vasitəsilə çox böyük bir məlumatlar dünyanın hər yerindən əldə edilə bilər. Bu, peyklər yerləşdiyi 500 kilometr hündürlükdə daimi dövr edərək dünyanın hər yerini gəzə biləcək və orada yerləşdirilmiş IoT sensorlardan məlumatları toplaya biləcək".










