Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni vəzifələr tapşırılıb.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyev Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında Fərmanında əksini tapıb.
Fərmana əsasən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə qoşulması üçün onları mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli, dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy verməli və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə altsistemin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməlidir.