Azərbaycanda süni intellekt artıq şantaj və montaj texnologiyası kimi istifadə edilir.
İlon Maskın süni intellekt startapı investorlardan - 6 MİLYARD DOLLAR TOPLADI
FED.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçirilən Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında bildirib.
"Ölkəmizdə çox əhəmiyyətli tədbirlər keçirilir və bu baxımdan "deepfake" texnologiyaları ilə hazırlanan məlumatlarla çox diqqətli olmalıyıq. Hakerlər etik və digər sərhədlər tanımır, hər vasitədən maksimum istifadə edir ki, kiberdələduzluq halını genişləndirsinlər və vətəndaşları aldatsınlar. Texnologiyalar bir az daha inkişaf edəndən sonra bu təhlükələri anlamaq daha da çətin olacaq",- deyə o qeyd edib. (Report)