Dövlət orqanının adı : “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departamentin adı : Proqram təminatı
Şöbənin adı : Mobil həllər şöbəsi
Vəzifənin adı : Böyük proqramçı (iOS)
Vəzifə funksiyaları:
• mobil tətbiqləri hazırlayır, əlavə və dəyişiklikləri edir;
• mövcud mobil layihələrdə əlavə və dəyişiklikləri edir, onları təkmilləşdirir;
• mobil proqram təminatı işini optimallaşdırır;
• standartlara uyğun kod yazımı aparır;
• yazılan kodları test edir, yaranan problemləri analiz edir və aradan qaldırır;
• texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət edir;
• proqram təminatı istifadəçisindən daxil olan tələbləri təhlil edir və problemləri həll edir;
• layihələrin hazırlanmasında və onların təhlil edilməsində iştirak edir;
• proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir;
• mobil xidmətlərin inteqrasiya edilməsi üzrə dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli kömək göstərir;
• qulluq funksiyalarına uyğun olaraq şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə təkliflər verir;
• fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır;
• vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Təhsil və ixtisas tələbləri
Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
Peşəkar bacarıqlara dair tələblər
• Swift 4, Objective – C, MVC, MVVM, Singleton, ARKit 2, RESTful APIs, WebSockets, Alamofire, SwiftyJSON, Realm, CocoaPods, UIKit, UI Test/ XC Test, AutoLayout, CoreLocation/ CoreAnimation/Core Data, Firebase, GIT
Xarici dil bilikləri
İngilis və rus dilləri üzrə biliklər
• ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İş təcrübəsi
• İş təcrübəsi ən azı 4 il
Son müraciət tarixi: 15 mart 2019-ci il
E - mail : [email protected]