Bu ilin birinci rübündə 6 500-dən artıq istifadəçi haker qurbanına çevrilib.
Mərkəzi Bankdan sosial şəbəkələrdəki dələduzlarla bağlı - XƏBƏRDARLIQ
Bu barədə FED.az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, Dövlət Xidmətinin həyata keçirdiyi “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilirlər.
Ən çox belə pozuntuya yol verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıdır.