Azərbaycanda dövlət qurumları üçün yeni elektron poçt sistemi istifadəyə verilib.
FED.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum artıq yeni sistemə miqrasiya edib.
“Bir neçə dövlət qurumun yeni sistemə qoşulması təmin olunub. Yaxın zamanlarda icra hakimiyyəti orqanlarının miqrasiyasını həyata keçirəcəyik. Bundan sonra isə istifadəçi sayı daha böyük olan dövlət qurumlarının miqrasiyasına başlanacaq”,- deyə o qeyd edib.
Xatırladaq ki, yeni elektron poçt sistemi 60 min istifadəçi üçün nəzərdə tutulub. Bu sistem dövlət qurumlarına həm funksionallıq, həm də təhlükəsizlik baxımından öncəkindən daha böyük imkanlar verəcək. (Report)