İKT

Disk mexanizmi ilə işləyən telefon - TƏQDİM OLUNUB

Disk mexanizmi ilə işləyən telefon - TƏQDİM OLUNUB | FED.az
15:59 14 Fev 2020

Disk mexanizmi ilə işləyən telefon təqdim olunub.

Eləcə də bax: Azərbaycana bir telefon orta hesabla - 115 DOLLARDAN GƏTİRİLİR

FED.az xəbər verir ki, ABŞ-da köhnə telefondan yeni qacet düzəldilib.

Bu qəribə telefon ABŞ-dan olan mühəndis Castin Haupt tərəfindən icad edilib. Mühəndis disk mexanizmi ilə işləyən köhnə telefona ana plata və antenanı əlavə edərək tam işləyən cib telefonunu yaradıb.

Cihazın adi telefonlardan fərqli olaraq, rəngli ekran və idarəetmə menyusu yoxdur. Zəng edəcəyiniz nömrəni siferblatda yığmalı olacaqsınız. Gələn SMS-lər üçün yalnız son mesajı göstərən kiçik bir ekran yerləşdirilib. Telefon vasitəsilə mesajlara cavab vermək mümkün deyil, yalnız zəng etmək olar.

TED

Digər xəbərlər