Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-nin adından sui-istifadə etməklə hədəflərinə "WhatsApp" vasitəsilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.
Eləcə də bax: Kartdan pulu necə oğurlayırlar? – Ehtiyatlı Olmağınız üçün Məsləhətlər
FED.az xəbər verir ki, kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, vətəndaşların artıq yerli nömrələrlə aldadılması Mərkəz tərəfindən daha öncəki yaydığı xəbərdarlığın sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. Belə ki, yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanılıb.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir. (Apa)