Azərbaycanda ilk dəfə ana dilində “Data Analitika: Ms Excel&Ms Power BI” adlı kitabı çap edilib.
FED.az TED.az-a istinadən xəbər verir ki, kitabın müəllifi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, “Ict applying training center”də təlimçi kimi fəaliyyət göstərən Elçin Tarverdiyevdir.
Eləcə də bax: Youtube üzərindən pulsuz excel kursları
Kitab çapı ilə bağlı TED.az-ın suallarını cavablandıran müəllif bildirdi ki, doğma dilimizdə Excel & Power BI ilə bağlı məlumat qıtlığı var. Yeni çap olunan vəsait həmin qıtlığı az da olsa, aradan götürmək üçün hazırlanıb: ““Data Analitika: Ms Excel s Ms Power BL” kitabın məzmunu Microsoft-un analitik tool-lar vasitəsilə datanı necə analiz etmək olar sualına cavab verir. Bu tool-lar, yəni datanın analizi üçün tələb olunan vasitələr Pivot table, Power Query, Power Pivot, Power BI, DAX (Data Analysis Expressions) proqramlardır. Kitabın ilk səhifələrində data məlumatların analizi Ms Excel proqramının mühitində izah edilir. Eyni zamanda, Pivot table, Power Query, Power Pivot proqramları təsvir olunur. Kitabın növbəti hissəsində isə Power BI desktop platformasından söhbət açılır. Orada Vizuallaşdırma prosesi nədir?, DAX istifadə olunaraq data necə analiz edilir?, İnteraktiv dashboard-lar necə qurulur və necə publish edilir? kimi sualların cavabları mövcuddur”.
Elçin Tarverdiyev qeyd edib ki, Power BI data analizi üçün lazım olan zəngin xüsusiyyətlərə malikdir: “Power BI data analizi ilə bir-birindən müstəqil məlumat qaynaqlarından (Excel faylları, web, məlumat bazaları, qovluqlar və s.) mütəmadi məlumatlar çəkmək, həmin məlumatları təmizləyib hesabat üçün uyğun vəziyyətə gətirmək, hazırlanan hesabatları vizuallaşdırmaq və yekunda hesabatları buluda qaldırıb digər insanlarla paylaşmaq mümkündür. Microsoft şirkətinin ən son təqdim etdiyi Biznes İntellekt aləti olan Power BI istənilən mənbədən olan datanı asan və tez şəkildə əldə edərək operativ, baxımlı və dinamik hesabatları hazırlamaq gücünə malikdir. Data məlumatların analizi üçün lazım olan başqa bir vasitə sayılan Power Pivot isə data analitikası sahəsində Microsoft-un yaratdığı və hər kəsin öz evində istifadə edə biləcəyi ən ciddi platformadır”.
Müəllif onu da vurğulayıb ki, böyük məlumat bazası, Access/SQL/Azure kimi databazalarla işləyən və mütəmadi menecment reportlar hazırlayan intensiv Excel istifadəçiləri Power Pivot mövzusunu öyrənməlidirlər: “Bu kitab əsasən rəhbərlik üçün hesabat hazırlayanlar, böyük data məlumatlarla işləyən mütəxəssislər, gündəlik Excel-dən istifadə edənlər, analitik işlə məşğul olan mütəxəssislər, data analizinə marağı olanlar, vizuallaşdırma sənətinə yiyələnmək istəyən auditoriya üçün nəzərdə tutulub”.
Qeyd edək ki, kitabı “Ict applying training center” təlim mərkəzindən əldə etmək mümkündür.