“Realme” bu gün, fevralın 10-da rəsmi olaraq Realme 10 Pro smartfonunun yeni versiyasını – Coca-Cola Edition modelini təqdim edib.
Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu - TƏQDİM EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, əvvəllər bildirildiyi kimi, yenilik adi Realme 10 Pro-dur, lakin “Coca-Cola” brendinin üslubundadır.
Bildirilir ki, bu smartfonlardan cəmi 1000 ədədi buraxılıb, qiyməti isə 255 dollar təşkil edir. Cihaz 8 GB operativ və 128 GB daimi yaddaşla təchiz edilib. Digər şeylərlə yanaşı, telefon dəstinə stikerlər, unikal nömrə və Realmeow heykəlciyi daxildir.
Bundan əlavə, Realme 10 Pro Coca-Cola Edition “Coca-Cola” butulkasının dolması şəklində unikal yükləmə animasiyasını alıb.