Çinin “Xiaomi”, “Huawei Technologies”, “Oppo” və “Vivo” kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.
Eləcə də bax: “Huawei” şirkəti “Google Maps”in əvəzləyicisini tapıb - SMARTFONLARA YÜKLƏNƏCƏK
FED.az xəbər verir ki, “GDSA” (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, “Xiaomi” Hindistanda, “Vivo” və “Oppo” Cənub-Şərqi Asiyada, “Huawei” Avropada.
Analitiklərin fikrincə, “GDSA” platforması “Google Play” servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir.
İctnews