Çin 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana təxminən 113,6 min ədəd smartfon ixrac edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.
Azərbaycanın xaricdən aldığı smartfonlar 22% bahalaşıb- İDXAL 70% ARTIB
FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Baş Gömrük İdarəsi bildirir.
İxracın dəyəri 3,6 dəfə artaraq $12,9 milyon təşkil edib.
Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Çin Azərbaycana təxminən $32,5 milyon dəyərində 291,1 min ədəd smartfon ixrac edib. (İnterfaks-Azərbaycan)