Çin alimləri koronavirusdan “qoruyan” smartfon yaradıblar.
Eləcə də bax: Koronavirus smartfondan da keçə bilər-ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, həmin smartfonun rəsmi adı Honor Play4 Pro-dur.
Mobil qurğunun əsas xüsusiyyəti Fluke Ti25 funksiyasının real şəraitdə quraşdırılmasıdır. Məhz bu funksiyaya görə, smartfon IR sensoru sayəsində temperatur ölçə bilir.
Sensor əsas kameraya yaxın yerləşdirilib, buna görə də temperatur haqqında dəqiq məlumat verir. Honor Play4 Pro, maddələrin, canlı orqanizmlərin temperaturunu -20-dən 100 dərəcəyə qədər müəyyən edir.
Qeyd edək ki, cihaz çox dəqiq nəticələr göstərir. Ehtimal olunan səhv 0,1 dərəcə təşkil edir. (TED)