Məşhur süni intellekt proqramı «ChatGPT»nin mobil versiyasının gəlirləri açıqlanıb.
FED.az xəbər verir ki, 2023-cü ildə ilk dəfə işə düşəndən sonra «ChatGPT»nin mobil versiyası 2 milyard dollar gəlir gətirib. Tətbiqin bir dəfə quraşdırılması isə 2,91 dollara başa gəlir.
Azərbaycanda yenilik: Vətəndaşa verilən sənədləri süni intellekt hazırlayacaq
«ChatGPT»nin mobil versiyası bu göstəricilərinə görə, öz rəqiblərini – «Claude», «Copilot» və «Grok»u təqribən 30 dəfə üstələyir.
Təkcə bu il «ChatGPT»nin mobil versiyası sahiblərinə 1,35 milyard dollar gəlir gətirib. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 673% artıqdır.
Hazırda «ChatGPT»nin mobil versiyası ayda 193 milyon dollar gəlir gətirir ki, bu da onun ən yaxın rəqibi olan «Grok»la müqayisədə 53 dəfə artıqdır.












