Son illər dünyada sürətlə tətbiq edilən süni intellektin fəaliyyət sərhədləri ilk dəfə olaraq məhdudlaşdırılıb.
"ChatGPT"də aparılan söhbətlər məhkəmədə dəlil kimi istifadə oluna bilər
FED.az xəbər verir ki, süni intellektin bəzi sahələrdə tətbiqinə icazə verilməyəcək, hər halda bu sistemin əsas oyunçularından olan OpenAI şirkəti özünün kütləvi süni intellekt aləti olan ChatGPT-yə iki mövzuda məsləhət verməyi qadağan edib.
Bu barədə «OpenAI» şirkəti oktyabrın 29-da elan edib. Şirkət özünün süni intellekt alətinin fəaliyyət siyasətinə dəyişiklik edib.
Burada qeyd edilib ki, istifadəçilər ChatGPT-dən lisenziya tələb edilən sahələr üzrə, o cümlədən hüquq və tibb üzrə məsləhət almaq üzrə istifadə edə bilməz.
Nəticədə indi ChatGPT hüquq sisteminin və ya hansısa qaydanın necə işləməsi prinsipi barədə məlumat verə bilər, amma bununla bağlı məsləhət verə bilməz. Eləcə də hansısa formada müştərinin maraqlarını müdafiə edə bilməz. Bundan başqa, ChatGPT müştərinin istəyi ilə qanundakı normaları izah edə bilər, amma müştərinin hüquqi mövqeyini tərtib edə bilməz.
Başqa sözlə, indi süni intellekt – AI, vəkil deyil, alət kimi istifadə oluna bilər. Başqa sözlə, süni intellekt nə qədər inkişaf etsə də, hüquq və tibblə bağlı məsələlər insan işi olaraq qalır.
Bundan əlavə, xidmət artıq istifadəçilərə milli təhlükəsizlik, təhsil, mənzil, məşğulluq və bir sıra digər mövzularla bağlı məlumat verilməyəcək.












