Dünyanın ən populyar süni intellekt çat-botu olan “ChatGPT”-i hazırlamış “OpenAI” şirkəti Amerikalı milyarder İlon Maska qarşı qarşılıqlı iddia qaldırıb.
OpenAI rəqibinə cavab olaraq yeni süni intellekt modelini - TƏQDİM ETDİ
FED.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Federal məhkəməyə müraciət edən şirkət Amerikalı sahibkarın şirkətin işgüzar nüfuzuna ziyan vuran əməllərinə son qoymasını tələb edib.
"Mətbuat vasitəsilə hücumlar Maskın nəzarətində olan sosial şəbəkə “X”də 200 milyondan çox abunəçiyə yayımlanan zərərli kampaniyalar vasitəsilə, o, OpenAI-yə zərər vurmaq üçün bütün mövcud alətlərdən istifadə edib", -ChatGPT adlı çat-botu yaradan şirkətin bəyanatında deyilir.
“OpenAI” milyarderin vurduğu zərərə görə məsuliyyətə cəlb olunmasını tələb edib. (Trend)