ChatGPT-nin yaradan şirkət OpenAI, əməkdaşlarının səhmlərinin satışını nəzərdə tutan razılaşmadan sonra texnologiya dünyasında ən yüksək dəyərə malik şirkətlərindən birinə çevrilib.
“ChatGPT”yə valideyn nəzarəti funksiyası əlavə edildi
FED.az xəbər verir ki, şirkətin mövcud və keçmiş əməkdaşları ümumilikdə 6,6 milyard dollarlıq səhmlərini Thrive Capital, SoftBank, Dragoneer Investment Group, Əbu-Dabinin MGX və T. Rowe Price kimi nəhəng investorların daxil olduğu konsorsiuma satıblar.
Məlumata görə, OpenAI təkrar bazarda 10 milyard dollardan artıq səhmin satışına yaşıl işıq yandırıb. Bu əməliyyat həm də SoftBank-ın daha əvvəl şirkətin 40 milyard dollarlıq əsas maliyyələşmə raunduna yatırdığı sərmayəni əhatə edir.
Şirkətin maliyyə göstəriciləri də diqqət çəkir. OpenAI yalnız 2025-ci ilin ilk yarısında təxminən 4,3 milyard dollar gəlir əldə edib.
Beləliklə, süni intellekt sahəsində lider mövqeyini gücləndirən OpenAI, 500 milyard dollarlıq dəyərləndirmə ilə texnologiya sektorunda tarixi bir mərhələni geridə qoyub. (Marja)