Yaponiyanın “Mitsubishi” holdinqinə daxil olan maliyyə şirkəti - “Mitsubishi UFG Financial Group” Amerikanın “OpenAI” şirkəti tərəfindən yaradılmış “ChatGPT” süni intellekt çat-botunu bank tətbiqlərinə inteqrasiya etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu çat-bot istifadəçilərə maliyyə idarəçiliyi ilə bağlı məsləhətlər verəcək.
“Biz “OpenAI Group PBC” ilə əməkdaşlıq sazişi imzalamışıq. Süni intellektin tövsiyələri vasitəsilə hesab açılması və xidmətlərə müraciət proseslərində kompleks dəstək göstərən bir xidməti tətbiq edəcəyik”, – deyə şirkətin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir. (Trend)












