2023-cü ilin birinci yarısında Çexiyadan Azərbaycana 50,071 min ədəd smartfon idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 81,6% çoxdur.
Azərbaycan bu ölkədən də smartfon alır - 41 MİN ƏDƏD GƏTİRİLİB
FED.az xəbər verir ki, Çexiya Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Çexiyadan Azərbaycana 40,501 milyon avro dəyərində (artım 2,1 dəfə) smartfon idxal edilib.
Yanvarda Azərbaycana 5,351 milyon avro dəyərində 5,513 min ədəd, fevralda 8,276 milyon avro dəyərində 9,380 min ədəd, martda 8,031 milyon avro dəyərində 10,937 min ədəd, apreldə 5,828 milyon avro dəyərində 7,357 min ədəd, mayda 6,048 milyon avro dəyərində 7,793 min ədəd, iyunda isə 6,968 milyon avro dəyərində 9,091 min ədəd smartfon idxal edilib. (İnterfaks-Azərbaycan)