Azərbaycanda 2018-ci ildə istehsal edilmiş 79 milyard 797,3 milyon manat dəyərində ümumdaxili məhsulun (ÜDM) 1,6 faizi informasiya və rabitə sahələrinin payına düşür.
FED.az-ın məlumatına görə, beləliklə, 2017-ci illə müqayisədə informasiya və rabitə sahələrinin ÜDM-də xüsusi çəkisi dəyişməyib.
ELƏCƏ DƏ BAX: Müsəlman interneti yaradıldı
Ölkədə 70 milyard 135,1 milyon manat dəyərində ÜDM-in istehsal olunduğu 2017-ci ildə də müqayisədə informasiya və rabitə sahələrinin ÜDM-də xüsusi çəkisi 1,6 faiz olub.
Bununla belə, 2018-ci ildə 2017-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 9,3 faiz artıb. Keçən il informasiya və rabitə müəssisələri tərəfindən 1 milyard 881,2 milyon manatlıq, 1 milyard 724,6 milyon manatlıq xidmət göstərilib.
Keçən il bu sahədə qeyri-dövlət sektorunun da payı artıb. Əgər 2017-ci ildə informasiya və rabitə sahələrində əldə edilmiş gəlirlərin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşübsə, 2018-ci ildə bu göstərici 82 faizə çatıb.
Çəkisi dəyişməyib, xidmətlərinin həcmi artıb – RƏQƏMLƏR
20:17
28 Yan 2019