“Twitter”in həmtəsisçisi Cek Dorsi “BitChat” adlı yeni oflayn mesajlaşma tətbiqini istifadəyə verib.
FED.az xəbər verir ki, “BitChat”dakı mesajlar yalnız cihazda saxlanılır və heç bir mərkəzləşdirilmiş infrastruktura göndərilmir ki, bu da Dorsinin məxfiliyin qorunması ideyasına uyğun gəlir.
2019-cu ildə də Honkonqda demokratiya tərəfdarı etirazlar zamanı “Bluetooth” messencerdən istifadə ediblər. “Forbes” yazır ki, “Apptopia”nın hesablamalarına görə, həmin müddət ərzində bu proqramın yüklənmə sayı 60 gün ərzində demək olar ki, 4000% artmışdı.
Hazırda tətbiq “TestFlight” üzərindən (iOS) beta test mərhələsindədir. Cek Dorsi “Twitter”i 2006-cı ildə, 29 yaşında ikən qurub. 2022-ci ildə sosial şəbəkə “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask tərəfindən 44 milyard dollara alınıb (onun sərvəti “Forbes Real-Time”a görə 397.7 milyard dollar təşkil edir). (Banker.az)