Dünyaca məşhur TikTokun şirkəti ByteDance, son səhm geri alış təklifi ilə öz dəyərini 300 milyard dollara çatdırıb. Bu, şirkətin indiyə qədər əldə etdiyi ən yüksək qiymətləndirmələrdən biridir.
“TikTok”un yaradıcısı Çinin ən varlı adamı olub
FED.az xəbər verir ki, son bir il ərzində şirkətin dəyəri sürətlə artıb. 2023-cü ilin oktyabrında şirkət özünü 225 milyard dollar, dekabrda isə 268 milyard dollar dəyərində qiymətləndirmişdi. Şirkət hazırda səhm başına təxminən 180 dollardan səhm geri alaraq həm investorlarına, həm də erkən işçilərinə likvidlik təmin edir.
Bununla yanaşı, ABŞ-da TikTokun qadağan olunması təhlükəsi hələ də davam edir. Prezident Co Baydenin imzaladığı qanun bu qadağanı nəzərdə tutsada, Donald Trampın prezidentliyə qayıdışı və TikToka olan mövqeyini dəyişməsi şirkətin gələcəyi üçün ümidləri artırır.