Azərbaycanda yeni innovasiya mərkəzi inşa olunacaq. FED.az xəbər verir ki, bunu "Microsoft"un bu gün keçirdiyi İnnovasiya Forumunda çıxış edən “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Tural Kərimli deyib.
T.Kərimli qeyd edib ki, bu mərkəz 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək.
Eləcə də bax: Dövlət Fondu innovativ layihələrə pul ayıracaq – YENİ MÜSABİQƏ
"Qeyd etmək istərdim ki, 2019-cu ilin sonunadək Yüksək Texnologiyalar Parkının nəzdində müasir innovasiya mərkəzi istifadəyə veriləcək. Bu mərkəz şəhərin mərkəzində yerləşəcək. Hazırda proses gedir. Ümumi ərazisi 7 min kv. metr olacaq və keçmiş Xətai Qovşağının yerində olacaq. Bütün İT şirkətlərlə rezident statusu veriləcək və onlar vergi güzəştləri əldə edəcəklər", - deyə T.Kərimli əlavə edib.