Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində bükülən smartfondan istifadəni göstərən video dərc edib.
FED.az xəbər verir ki, “ICTnews”un məlumatına görə, onun sözlərinə görə, şirkət artıq elastik bükülən ekran, elastik korpusla bağlı əsas texniki problemləri həll edib.
Qurğu 3 seqmentdən ibarətdir və tam açılmış vəziyyətdə planşeti xatırladır, amma iş zamanı kənar tərəflərini bükərək qurğunu smartfona çevirmək mümkündür.
Eləcə də bax: Mobil telefon gətirənlərə qarşı “müharibə” - QİYMƏTLƏRİ BAHALAŞDIRIB
Yenilik hazırda prototip şəklindədir. Şirkət potensial alıcıların reaksiyasını gözləyir.
Qeyd edək ki, “Apple”, “Samsung” və “Huawei” şirkətləri də bükülən smartfonların yaradılması üzərində işləyirlər. Kifayət qədər möhkəm və uzunmüddətli ekranın düzəldilməsi belə smartfonların istehsalında əsas problem hesab edilir.