Avstraliya hökuməti 16 yaşınadək uşaqların sosial şəbəkəyə girişinə qadağa qoyacaq.
Azərbaycanda uşaqların Tiktoka girişinin qadağan edilməsi təklif olunur
FED.az xəbər verir ki, artıq ölkədə bununla bağlı hazırlıvqlar başlayıb.
Söhbət hələ məktəb yaşında uşaqların FB, İnstaqram, Snapçat və Tik-Toka girişinə qadağadan gedir.
Qadağa dekabrdan qüvvəyə minəcək, artıq bununla bağlı texniki hazırlıqlar başlayıb.
Ölkədə qəbul olunmuş qanuna əsasən, bu qaydanı pozan şirkətləri 50 milyon Avstraliya dolları və ya 32 milyon ABŞ dolları cərimə gözləyir.
Avstraliyada baş tutacaq bu yenilik həm də ona görə maraqlıdır ki, bu qadağa ayrıca bir ölkədə yaş həddi ilə əlaqədar olaraq hər hansı təbəqəyə sosial şəbəkə qadağası qoymaq imkanını göstərəcək. Bu baş tutsa, eyni təcrübədən digər ölkələr də istifadə edə bilər.