2007-ci il “iPhone” modeli hərracda rekord məbləğə - 190 min 372 min dollara satılıb.
Türkiyədə «iPhone»lar bu qiymətə satılır – SİYAHI, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “LCG Auctions” auksion evi rəsmi saytında bildirib.
Lot haqda məlumatda deyilir ki, sözügedən model daha əvvəl də auksionlarda iştirak edib və onda qiyməti qat-qat aşağı idi: 2022-ci ilin oktyabrında 39 min dollara, 2023-cü ilin fevralında isə 63 min dollara satılmışdı.
Auksion evi izah edir ki, lotun qiymətinin artması modelin yaddaş göstəriciləri ilə bağlıdır. Belə ki, daha əvvəl satılan “iPhone”ların yaddaş həcmi 8 Gb idi. Rekord məbləğə satılan smartfonun isə 4 Gb yaddaşı var.
Bununla da telefon orijinal qiymətindən 400 dəfə baha satılıb.