İKT

Bu ilin əvvəlindən 7825 "az" domeni - LƏĞV EDİLİB

Bu ilin əvvəlindən 7825 "az" domeni - LƏĞV EDİLİB | FED.az
09:02 6 Noy 2019

Hazırda Azərbaycanın domen zonasında (".az") 33 699 internet resursu qeydiyyatdadır.

FED.az xəbər verir ki, hazırda ".az" domenində qeydiyyatda olan saytların sayı 31 414-dür.

Eləcə də bax: Bu il milli domen zonamızda neçə internet resursu qeydə alınıb? – AÇIQLAMA

İkinci ən çox müraciət olunan domen ".com.az"dır. Bu domendə 1 284 sayt qeydiyyatdan keçib.

Eləcə də, ".edu.az" 444 sayt, ".org.az" 152 sayt, ".co.az" 121 sayt, ".info.az" 107 sayt, ".net.az" 84 sayt, ".ınt.az" 31 sayt, ".pp.az" 25 sayt, ".bız.az" 23 sayt, ".name.az" 13 sayt, ".pro.az" domenindən isə 1 sayt qeydiyyatdan keçib.

Bu ilin əvvəlindən 7825 domen ləğv olunub, 9916 domen isə qeydiyyata düşüb.

Qeyd edək ki, domenlərlə bağlı statistika mütəmadi olaraq dəyişir.

Modern

Digər xəbərlər