İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında göstərilmiş xidmətlərin dəyəri 2 milyard 109 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda "Facebook" istifadəçilərinin sayı - 5,2 MİLYONU KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadə də 5,7 faiz artıb.
Göstərilmiş xidmətlərin 75,4 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42,4 faizi və ya 893,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.