“Nokia” şirkəti “MWC 2019” sərgisində özünün ən ucuz smartfonun təqdim edəcək.
FED.az xarici mediaya istinadən xəbər verir ki, “Nokia 1 Plus”un qiyməti cəmi 100 dollar olacaq.
Smartfon 5,45 düym ekran ölçüsünə, 2500 mAh batareya tutumuna və “Android 9.0 Pie” əməliyyat sisteminə malikdir.
Bundan başqa, telefon dördnüvəli “CPU ARM Cortex-A53” və “GPU PowerVR GE8100” prosessorla, 1/8 GB yaddaşla, 8 MP arxa, 5 MP ön kamera ilə təchiz olunub.
“Nokia 1 Plus” mart ayından, bir neçə rəngdə satışa çıxarılacaq.
Eləcə də bax: Mobil telefonun qeydiyyatına ödənilən pul kimə çatır? – SİYAHI, MƏBLƏĞ