Bosch Almaniyada 1500 nəfəri işdən çıxarmağa hazırlaşır
Britaniya bankı 900 əməkdaşını - İXTİSAR EDƏCƏK
FED.az xəbər verir ki, Bosch-ın açıqlamasında vurğulanıb ki, digər şirkətlər kimi Bosch da məşğulluq səviyyəsini sifariş vəziyyətinə, avtomobil sənayesindəki struktur dəyişikliklərinə və gələcək texnologiyaların bazara yayılmasına görə tənzimləməlidir.
Açıqlamada, "Baden-Württemberg əyalətindəki Stuttgart-Feuerbach və Schwieberdingen obyektlərindəki avtomobil bölməsində 2025-ci ilin sonuna qədər 1500 nəfəri ixtisar etmək ehtiyacını görürük",- bildirilir.
Şirkətin açıqlamasında, Bosch-un, işçilərin başqa departamentlərə köçürülməsi, erkən təqaüdə çıxma və ya könüllü ixtisar müqavilələri vasitəsilə ixtisar ediləcəyi bildirilib.
Almaniyanın aparıcı avtomobil jurnalı Automobilwoche, Bosch-da işçilərin ixtisarı üçün həmkarlar ilə danışıqların davam etdiyini yazıb.
Bosch-un fikrincə, avtomobil sənayesindəki transformasiya orta müddətli perspektivdə bütün sənayeyə böyük təsir göstərəcək. Elektrik mobilliyinə (Elektromobillik) keçid yüksək ilkin investisiyalar tələb etsə də, zəif qlobal iqtisadiyyat, enerji və xammal xərclərinin artması nəticəsində yaranan davamlı inflyasiya və əlverişsiz məzənnə effektləri sektorun gələcək perspektivlərini daha da pisləşdirir. (Marja)