“Azercell Telekom” MMC ölkənin müxtəlif regionlarına səfərləri çərçivəsində yeni məhsullarını təqdim edir!
FED.az xəbər verir ki, “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” sloqanı ilə strateji məqsədinə sadiq qalan Azercell bu dəfə də bölgələrdə yaşayan abunəçilərini sevindirir. Lider mobil operator iyul ayının 12-dən başlayaraq “Bölgələrə daha yaxın” şüarı altında ölkəmizin müxtəlif regionlarına səfərlər təşkil edərək yerli əhaliyə öz yeni məhsul və innovativ xidmətlərini təqdim edir.
Həmçinin bu silsilə tədbirlər zamanı Azercell müxtəlif oyunlar keçirir, abunəçilərini həm yeni təkliflərlə tanış edir, həm də onlara maraqlı hədiyyələr qazandırır. Qeyd edək ki, kampaniya çərçivəsində ilk tədbirlər Xaçmaz və Qusarda baş tutub.
Azercell hər zaman olduğu kimi bütün abunəçilərini diqqət mərkəzində saxlayaraq onlara bərabər imkanlar təqdim etməyə çalışır. Kampaniyanın davam etdiyi müddət ərzində izləyicilər şirkətin rəsmi Instagram səhifəsində keçirilən müsabiqədə iştirak edərək hədiyyə internet paketi qazana bilərlər. Odur ki, Azercell-i doğma bölgənizdə gözləyin və onlayn tədbirlərdən də yararlanın!