Vəzifə: Elektron sənəd dövriyyəsi üzrə mütəxəssis/məsləhətçi
Yerləşmə: Azərbaycan
Hal-hazırda, aşağıda göstərilən bacarıqları olan Biznes Consulting şöbəsində ECM (Enterprise Content Management) konsaltinq rolunda potensial namizədlər axtarılır:
Vəzifə öhdəlikləri:
- ECM və BPM biznes həlləri barəsində məsləhət xidmətləri göstərilməsi
- Müştərilərdə biznes proseslərin araşdırılması asanlaşdırılması
- Biznes tələblərə texniki dizayn verilməklə həll edilməsi
- ECM və BPM həllərinin dizaynının verilməsi, tətbiqinin həyata keçirilməsini və dəstək verilməsi
- Biznes tələblərə cavab verən həll dizaynlarını hazırlayıb inkişaf etdirilməsi
- Biznes problemləri və həllin tələblərini yenidən istifadə edilə bilən texnoloji həllər ilə uyğunlaşdırılması
- Records Management və Process Improvement həlləri üzrə proseslərin planlaşdırılması, inkişaf etdirilməsi, yüklənmısi, sənədləşdirilməsi və dəstək verilməsi
- ECM və BPM strategiyaları, siyasətləri, idarəetmə və arxitektura tövsiyələrinin yaradılması
- Boşluqların müəyyənləşdirməsi, dəstəklənə və təkrarlana bilən metodologiyalardan istifadə edilərək həll edilməsi
- Problemləri müəyyənləşdirin, izlənilməsi, həll edilməsi və qarşısının alınması
- Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında Kargüzarlığın aparılmasına dair təlimat haqqında məlumatlı olması
- Yeni problemləri həll etmək üçün mövcud təcrübədən istifadə etməyi bacarmalı, sürətlə yeni bacarıqlar əldə etmək və bilmədiyi mövzuları araşdırıb öyrənməli
- Excel, Word, PowerPoint, Visio, Project və s. proqramlarla işləmə bacarığı
- ümumi İT biliklərinə yiyələnməli (Verilənlər bazası, Proqramlaşdırma, Server və s.)
- üstün yazılı və şifahi ünsiyyət bacarığına malik olmalı
- Komanda ilə işləməyi bacarmalı
- Gərgin iş şəraitində işləməyi bacarmalı
- öz üzərində işləməyi bacarmalı
- Qabaqcıl ECM həllər üzrə biliklər (OnBase, Perceptive, FileNet, SharePoint, Kofax, Documentum, OpenText və s)
- Sistem arxitekturası üzrə təcrübə, Sənəd dövriyyəsi sistemlərinin dizaynı və tətbiqi xüsusiyyətləri daxil olmaqla
- Kargüzarlığın idarə edilməsi prinsipləri haqqında biliklər (identifikasiya, saxlama, mübadilə)
- Kompleks analitik və texniki məsələlərin diaqnostikasında, idarə olunmasında və həllində göstərdiyi uğurlar
- Sənəd dövriyyəsi sistemləri üzrə sertifikat (OnBase, SharePoint, Kofax və s.)
- Xaricdə ali tehsil
- İngilis dili
- Rus dili
- Müraciət üçün CV-nizi [email protected] emailinə göndərməyinizi xahiş edirik.
- Vakansiyalar üzrə son müraciət tarixi 10 Mart 2018 - ci il .
- Daha ətraflı məlumatla şirkətin rəsmi saytının vakansiyalar bölməsində (http://www.bmsgl.com/career/) tanış olmaq mümkündür.