2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana smartfonların idxalı 548,531 min ədəd təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,9 dəfə çoxdur.
Rusiya öz smartfonunu təqdim edib – FOTOLAR
FED.az xəbər veiri ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu məhsulun dəyər ifadəsində idxalı $142 milyon 869,6 min (artım 6,1 dəfə) təşkil edib.
Smartfonların əsas idxalı Çindən həyata keçirilir - $98 milyon 186,87 min (artım 7,5 dəfə) dəyərində 381,947 min ədəd (artım 5,7 dəfə).
Bundan başqa, əsas idxalçılar sırasına Vyetnam – 138,135 min ədəd ($34 milyon 875,17 min dəyərində), Hindistan – 28,031 min ədəd ($9 milyon 559,32 min dəyərində) daxildir.
2022-ci ildə Azərbaycana $152 milyon 974,05 min dəyərində 675,829 min ədəd smartfon idxal olunub. (İnterfaks-Azərbaycan)