“Kontakt” mağazalar şəbəkəsi bu ildə zirvəni əldən verməyib.
Belə ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” nə az, nə çox dördüncü dəfə “Kapital Bank” tərəfindən “Birbank” taksit kartı üzrə ilin ən çox dövriyyəsi olan partnyoru seçilərək birinciliyini uğurla qoruyub saxlayıb.
“Kapital Bank”ın ilin yekunlarına həsr olunmuş mükafatlandırılma mərasimində birincilik üzrə nominasiya şəbəkəyə təqdim olunub.
Məlumat üçün bildirək ki, “Kontakt” hər zaman “Birbank” istifadəçiləri üçün xüsusi imkanlar yaradır. Belə ki, şəbəkənin “Yeni il” kampaniyası çərçivəsində yanvarın 14-dək “Birbank”lılar bütün “Kontakt” mağazalarından, eləcə də kontakt.az saytından hər növ məhsulu 50%-dək endirimli ala və ödənişi 18 aylıq bərabər hissələrə bölə bilərlər.
Şəbəkənin ünvanları ilə buradan tanış ola, ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.