Son illər Apple-ın cərimələnməsinə səbəb olan batareya skandalından sonra əksər istifadəçilər “bir iPhone modelini ən çox neçə il istifadə etmək mümkündür?” sualına cavab axtarırlar.
FED.az xəbər verir ki, bu sualın cavabı istifadəçinin vərdiş və istəklərinə uyğun olaraq dəyişir. Amma ümumilikdə cihazın ömrünü hesablamaq üçün modelin almış olduğu yenilənmələrin sayına baxmaq lazımdır. Çünki əməliyyat sistemi yenilənməyən cihaz mobil tətbiqlərlə problem yaşayır və ondan istifadə çətinləşir. Bəs hansı iPhone modeli nə qədər iOS yenilənməsi alıb?
-2007, iPhone 2G: 2 yenilənmə;
-2008, iPhone 3G: 2 yenilənmə;
-2009, iPhone 3Gs: 3 yenilənmə;
-2010, iPhone 4: 3 yenilənmə;
-2011, iPhone 4s: 4 yenilənmə;
-2012, iPhone 5: 4 yenilənmə;
-2013, iPhone 5c: 3 yenilənmə;
-2013, iPhone 5s: 5 yenilənmə;
-2014, iPhone 6 / 6 Plus: 4 yenilənmə;
-2015, iPhone 6s / 6s Plus: 5 yenilənmə;
-2016, iPhone SE 1: 5 yenilənmə;
-2016, iPhone 7 / 7 Plus: 4 yenilənmə;
-2017, iPhone 8 / 8 Plus: 3 yenilənmə;
-2017, iPhone X: 3 yenilənmə;
-2018, iPhone XR: 2 yenilənmə;
-2018, iPhone XS / XS Max: 2 yenilənmə;
-2019, iPhone 11: 1 yenilənmə;
2019, iPhone 11 Pro / 11 Pro Max: 1 yenilənmə;
-2020, iPhone SE 2: 1 yenilənmə;
-2020, iPhone 12 / 12 mini: 1 yenilənmə;
-2020, iPhone 12 Pro / 12 Pro Max: 1 yenilənmə.
Yenilənmə sayının artmasını nəzərə alaraq bir iPhone ömrünün getdikcə uzandığını söyləmək olar. Mütəxəssislər ümumilikdə Apple məhsullarının ortalama istifadə ömrünün 4 il 3 ay olduğunu söyləyirlər. Bununla yanaşı istifadə müddətini daha az və çox başa vuran cihazlar da var.
Apple rəhbəri Tim Cook 2016-cı ilin yanvarında verdiyi açıqlamada, aktiv istifadə olunan Apple cihaz sayının aylıq 1,3 milyard olduğunu deyib. Beləliklə, ilk iPhone modelinin 2007-ci ildə satışa çıxarıldığı vaxtdan bugünədək satılan 2,05 milyard ədəd Apple cihazından 750 milyonunun artıq istifadə edilmədiyi məlum olur.
Buna baxmayaraq, ortalama yenilənmə müddətini 1 il nəzərdə tutsaq, 6/6 Plus modelinin 5 il problemsiz istifadəsi mümkündür. (TED)