“2018-ci ildə 1400-dən çox özəl və dövlət qurumu “Azercell”in korporativ müştəriləri siyahısına qoşulub.
FED.az xəbər verir ki, bunu “Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev 2018-ci ilin yekunlarına dair danışarkən bildirib.
Eləcə də bax: "Azercell" Dubay və Çinə gedənlər üçün – QİYMƏTLƏRİ DƏYİŞDİ
"BAZAR PAYIMIZ ARTIB"
Şirkətin Prezidenti qeyd edib ki, Azərbaycanda mobil telefon istifadəçilərinin əksəriyyəti “Azercell”i və onun xidmətlərini seçir. Bunun nəticəsidir ki, ötən il ərzində “Azercell”in bazar payı 1 bənd artaraq 49%-ə çatıb.
İl ərzində 3 dəfə artan Azercell-in 4G istifadəçilərinin sayı 1 milyonu keçib.