2006-cı ildə idarəsini təhvil verdiyi Microsoft-un qurucusu Bill Gates o ildən bu yana özünü, araşdırma və yardım qurumlarına dəstək verən Bill & Melinda Gates vəqfinə həsr edib. Gates-in gündəlik həyatı dəyişkən və olduqca məşğul keçir. Amma buna baxmayaraq, yeni layihələrə imza ataraq dünyanı gəzməyə belə vaxt tapır. Budur, dünyanın ən varlı adamının gündəlik proqramı:
Eləcə də bax: 100 minədək evə sürətli internet çəkiləcək
Bill Gates səhər yeməyində şokolad yağı yeməyi çox sevsə də həyat yoldaşı Melinda verdiyi müsahibədə ərinin tez-tez səhər yeməyi yemədən evdən çıxdığını deyir
Əgər səyahətə çıxmayacaqsa Bill Gates günə bu möhtəşəm evdə başlayır. Gates-in Vaşinqtonda yerləşən bu nəhəng köşkünün 2016-cı ildəki dəyəri 124 milyon dollar idi.
2008-ci ildə New York Times qəzetində dərc olunan bir yazıda Bill Gates-in günə qaçış meydançasında başladığı və səhər idmanını edərkən idmanla bağlı bəzi öyrədici videoları izlədiyi qeyd olunmuşdu
Gates tennis oynamağı da çox sevir
O, hər səhər qəzet başlıqlarını gözdən keçirir. Ən çox oxuduğu qəzetlər isə; The New York Times, The Wall Street Journal və The Economist-dir
Günorta yeməyində əsasən çizburqer yeyir
Gates-in oxumağa xüsusi həvəsi var. Gün ərzində kitablara mütləq vaxt ayırır və şəxsi internet saytında da bir çox kitab tövsiyyəsi verir.
İşləmədiyi və ya oxumadığı vaxtlarda Bill Gates 3 uşağı ilə vaxt keçirir. Gates oğluyla birlikdə əsasən elektrik stansiyaları və ya roket anbarlarında vaxt keçirməyi sevir.
Yatmaq vaxtı gələndə isə Bill Gates fasiləsiz yeddi saat yuxu üçün yataq otağına yollanır.
technote.az