Çinin “ZTE” şirkəti biləyə taxılan smartfon və “ağıllı” saatın hibridi olan cihaz təqdim edib.
FED.az xəbər verir ki, nubia-α əyilmiş ekranla və 4G LTE modemi ilə təmin edilib. Bu cihazdan adi smartfon kimi istifadə etmək olar: zəng etmək, SMS göndərmək, internet və sosial şəbəkələrə daxil olmaq, şəkillər çəkmək (saatın kəmərinə kamera quraşdırılıb). Cihazın kamerası yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verir.
“Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən aparatın arxa tərəfində pulsometr quraşdırılıb.
Şirkətdən bildirilib ki, “nubia-α” cihazı tam hazırdır və artıq bu ilin 4-cü rübündə satışa çıxarılacaq. Hələlik qiyməti açıqlanmır.
Biləyə taxılan yeni smartfon buraxıldı
21:25
1 Sen 2018