ABŞ-ın investiiya bankı «Goldman Sachs» hesablayıb ki, ABŞ-ın Çinə qarşı hücumlarına cavab olaraq «Apple» məhsullarının Çində qadağan edilməsi nəticəsində «Apple»nin hər səhminə düşən gəlirlik 29% azalacaq.
Eləcə də bax: ABŞ-ın sanksiyaları öz şirkətlərini də “vurub” – SƏHMLƏRİ UCUZLAŞIB
FED.az xəbər verir ki, bir qədər əvvəl ABŞ Çinin «Huawei» şirkətinə qarşı sanksiyaar qoyaraq faktiki olaraq o şirkətlə əməkdaşlığı ABŞ şirətlərinə qadağan edib.
«Apple»nin Çin və Honkonqdakı bazarını araşdıran «Goldman Sachs» bildirir ki, Çində Apple məhsullarına qadağa qoyalacağı təqdirdə «Apple»in səhm başına düşən illik gəliri 29% və ya 3,35 dollar azalacaq.
«Goldman Sachs» diqqəti çəkir ki, «Apple»nin ən məşhur məhsulu olan «iPhone»lardakı «Intel» modemlər ABŞ-ın özündə, «Apple A» çiplər isə Tayvanda istehsal olunur. Bu hesablamalara əsaslanaraq bank «Apple»in səhmlərinin 12 aylıq qiymət hədəfini 184 dollardan 178 dollara endirib.
Bəs «Apple» Çində qadağan edilsə nə olacaq? - AÇIQLANDI
16:52
22 May 2019