Belarus ordusu Amerikanın Starlink peyk sisteminin analoqunu hazırlayıb, amma çox ucuz qiymətə.
FED.az xəbər verir ki, bu barədə BelTA dövlət agentliyinin YouTube kanalında yerləşdirdiyi videoda deyilir.
Videoda deyilir ki, ordunun hərbçilərinin biri tərəfindən yığılan sistem öz xüsusiyyətlərinə görə amerikalı sahibkar İlon Maskın sistemindən geri qalmır. Belarus prezidenti Aleksandr Lukaşenko Brest bölgəsində hərbçilərlə görüşü zamanı bildirib ki, Amerikadan fərqli olaraq Belarus analoquna “milyardlarla pullar” xərclənməyib. “Yəni Musk bizə lazım deyil” deyə Lukaşenko bildirib.
İxtiraçı özü sistemin prinsipini təsvir edib. Belə ki, o, qeyd edib ki, məsələn, Minskdə bir yerdə internetə çıxış nöqtəsi var, sistem ona peyk vasitəsilə uzaqdan qoşulur və sonra marşrutlaşdırıcıdan istifadə edərək bu interneti paylayır.